İNK da Nizami Gəncəvi ilə bağlı tədbirlərin təşkilatçısıdır

İctimai Nəzarət Koalisiyasının Qəbələ Rayon Nümayəndəliyi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar video-sujet hazırlayır

Həmin videosüjetin birinci hissəsini oxuculara təqdim edirik.
Ölkəmizin prezidentinin ədəbiyyatımıza, dahi şairlərin xatirəsinə çox böyük hörmətinin əlaməti olaraq 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərə İNK-da qoşulmuşdur.

Vətəni Azərbaycanda və bütün dünyada Nizami Gəncəvi kimi tanınan dahi söz ustadı İlyas Yusif oğlu Gəncə şəhərində dünyaya gəmişdir.
Nizami Gəncəvinin dünya şöhrətli beş peoması- Sirlər xəzinəsi (1174), “Xosrov və Şirin” (1181),” Leyli və Məcnun” (1188), ” Yeddi gözəl” (1197) , “İskəndərnamə” (1203) , “Xəmsə” (beşlik) adlandırılan bu əsərlərdə mühüm həyatı problemlər irəli sürülmüş və onların bədii həlli verilmişdir. Poemalar əsasən fərqli mövzularda yazılsa da, onları birləşdirən cəhətlər də az deyildir-dövlətin ədalətlə idarə edilməsi, xalq və hökümdar, şərə, pisliklərə nifrət, insanın kamilləşməsində məhəbbətin rolu və.s. Şairi ömrü boyu düşündürən humanist ideyalar həmin əsərlərdə öz ifadəsini tapmışdır.
İNK-nın Qəbələ rayon nümayəndəliyi tərəfindən Nizami Gəncəvinin kəlamlarından hazırlanmış videosüjetdə Azərbaycanın bölgələrindən də iştirak edənlər var. Həvəskar kamera ilə çəkilmiş sujetlər sizlərə təqdim edilməklə Nizami Gəncəvi fəlsəfəsi bir daha xatırladılır.
Karantin qaydalarına riayət etməklə ev şəraitində çəkilən videoların qusurlarının üzürlü hesab ediləcəyinə inanırıq.

Təranə Alməmmədova
İctimai Nəzarət Koalisiyasının Qəbələ rayon nümayəndəliyinin rəhbəri

FacebookTwitterWhatsAppGmailLinkedInCopy LinkEmailShare

Digər xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloggers like this: