İctimai Nəzarət Koalisiyasında yeni təyinatlar

25 may 2021-ci il tarixində İNK Mərkəzi Qərargahında İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin toplantısı keçirilib. Genişləndirilmiş yığıncaqda İNK rəhbər üzvərinin məlumatlarib dinlənilib, yeni təşkilati qərarlar qəbul edilib.
Toplantıda çıxış edən İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədov, eyni zamanda sıralarında 115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasında son vaxtlar aparılan islahatlar haqqında məruzə edib.
İNK sədri Koalisiyanın Şəhid Anaları, Şəhid və Milli Qəhrəman Ailələri Komitəsinin başçısı, şəhid Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva Tovuz –Qərb Regional Nümayənəliyinin rəhbəri, eyni zamanda İNK İdarə Heyəti sədrinin regionlar üzrə müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar Şəhid Anaları, Şəhid və Milli Qəhrəman Ailələri Komitəsinin sədri vəzifəsinə yeni təyinatlarla bağlı təkliflə çıxış etdi.
Bildirilib ki, son vaxtlar İctimai Nəzarət Kolaisiyasına, eləcə də DAMMİB və SİMİB-yə ölkəmizin müxtəlif bölgələrindən üzvlüklə bağlı çoxsaylı müraciətləri nəzərə alan İNK rəhbərliyi qəbulla bağlı təşkilatdaxili ciddi reqlamentə uyğun olaraq, qərarlar qəbul edilir.
İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları, Şəhid və Milli Qəhrəman Ailələri Komitəsinin sədrliyinə və müavinliyinə yeni təqdimatlar verən Rasim Məmmədovun təklifi səsə qoyuldu. İNK İH-nin üzvlərinin yekdilliklə səs verərək, şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan xanım Xəlilova İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları, Şəhid və Milli Qəhrəman Ailələri Komitəsinin sədri, İNK Şirvan Şəhər Şöbəsinin sədri, şəhid Nicat Hüseynovun anası Zümrüd xanım Hüseynova Komitə sədrinin müavini vəzifələrinə təyinatları təsdiqləyiblər.
Bildirilir ki, Zümrüd xanım Hüseynova, eyni zamanda, paralel olaraq İNK Şirvan Şəhər Şöbəsinin sədri vəzifəsini də yerinə yetrəcək.
Rasim Məmmədov İH üzvlərinə təşkilatda aparılan yenilənmə və islahatlar haqqında məlumat catdirib, uzun hazırlıqdan sonra bu yaxınlarda qurduqları yeni mərkəz – İNK Təskilatdaxili Audit və Akkreditasiya Mərkəzi haqqında geniş məlumat verib. Vurğulanıb ki, Mərkəz İNK-da gedən təşkilati islahatların monitornqini apararaq geniş ictimaiyyətə və İNK ailəsinin dəyərli üzvlərinə təqdim edir.
İNK İH-nin üzvləri 5 ildən artıq genişprofilli fəaliyyətləri ilə ölkədə tanınan və nüfuz qazanan, böyük ictimai hərəkat kimi qəbul edilən İNK – SİMİB və DAMMİB-nin fəaliyyətini ardıcıl izlədiklərnə, aparılan yüksəksəviyyəli işləri dəyərləndirdiklərinə bildiriblər.
İdarə Heyətinin üzvləri bütün təyinatlara müsbət cavab veriblər, təyinatları səsvermə yolu ilə yekdilliklə bəyəndiklərini söyləyiblər.
İNK sədri Rasim Məmmədov toplantıya qatıldıqlarına və fəal iştirak etdiklərinə görə İH-nin üzvlərinə minnətdarlığını çatdırıb, İctimai Nəzarət Koalisiyası Ailəsinin nümunəvi üzvlərinə sayğısını bildirib.
İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti

Digər xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloggers like this: