Rasim Məmmədov Azərbaycan xalqını və Möhtərəm Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi və Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin çoxminli üzvləri adındanAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Zati-aliləri cənab İlham ƏliyevəMöhtərəm Prezident.
Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə sıralarında 115 ictimai təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyası, eləcə də bu platformanın həmtəsisçiləri sayılan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi və Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin çoxminli üzvləri, eyni zamanda, şəxsən öz adımdan Sizə və xalqımıza ünvanladığımız səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.Müasir Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi-dövlətçilik irsininə və müqəddəs ideyalarının davam etdirərək, cənab Prezident Siz uğurlu daxili sosial-iqtisadi siyasətinizlə 55 milyonluq soyaşlarımızın könlünü fəht etmisiz. Zəmanəmizdə Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə beynəlxalq nüfuzunu möhkəmlədərək ictimai-siyasi, hərbi-geopolitik, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir.Müzəffər Ali Baş Komandan və Prezident olaraq XX əsrin əvvəllərində elan edilmiş Azərbaycan Demokratik Respublikasını yaradanların müqəddəs arzularını zəmanəmizdə uğurla həyata keçirirsiniz.Sizin ictimai nəzarət fəlsəfəsinə verdiyiniz xüsusi önəm və diqqət İctimai Nəzarət Koalisiyasının yaranmasını aktuallaşdırıb. 11 təsisatla yaradılan geniş xalq hərakatı və Vətəndaş Cəmiyyəti Platforması olaraq İNK indi sıralarında 100-dən çox QHT, KİV, İnternet resursları birləşdirir. 5 ildir geniş ictimai-faydalı fəaliyyətimizlə, dövlətimizin ictimai əsgərləri olaraq, ölkəmizin sivil, demokratik inkişafına xidmət etməkdəyik.Azərbaycan Respublikasının ictimai aktivistləri olaraq Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, I Vitse-Prezident Mehriban xanım Əliyeva ilə birlikdə planetar maştablı zəngin və məhsuldar siyasi-dövlətçilik fəaliyyətinizi yüksək qiymətləndiririk.Möhtərəm Prezident.Sizə və bütün Azərbaycan xalqına uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzularımızı qəbul edin.Sevgi və hörmətlə,Dünya Azərbaycanlılarının Mədniyyət Mərkəzi İB-nin Prezidenti, xalq yazıçısıÇingiz AbdullayevİNK rəhbəri, Sabitlik və İnkişaf Mərkəzi İB-nin sədri, DAMMİB I vitse-prezidentiRasim MəmmədovBakı, 28.05.2021

Digər xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloggers like this: