Şəddat Cəfərov 80 illik yubileyi münasibəti ilə

Həyat enişli-yoxuşlu mənzərəsi ilə davam edərkən, 1940-cı ilin qışın sərt çovğununda ailənin qəlbini isidən bir övlad dünyaya gəldi.Atası hələ dünyanı gözlərinə sığdıra bilməyən uşağın adını Şəddat qoydu.Onun zəhməysevərliyi hələ kiçik yaşlarından özünü göstərirdi.Kiçik yaşlarından uşaq şeirləri və Azərbaycan nağıllarını öyrənmişdi.Zaman öz arabası ilə yol gedərkən Ş.Cəfərov 1955-ci ildə 44 saylı orta məktəbin 7-ci sinfini bitirərək hayatın çətin ağuşuna atıldı.O,26 Bakı Komissarı adına mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başladı.Şəddat özünə güvənirdi,həyatın çətinliyi onu qorxutmurdu.Zaman öz arabası ilə yol gedərkən Cəfərov orta təhsilini başa vurub hərbi xidmətə yollandı Ordudan təxris olunduqdan sonra yenə,ayrılmaz tellərlə bağlı olan öz işinə,sinkoqrafçı işləməyə başladı.Şəddat ömür nərdivanından keçərkən 1966-cı ildə mühəndis vəzifəsinə keçmişdir.O,işini sevirdi,ona görə də daimi yeniliklər axtarır,daha səmərəli üsullar taparaq,avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail olmuşdur.Şəddat namizədlik dissetasıyasını müdafiə etmiş,iqtisadi elmləri namizədi adını almışdır.Dissertasiyaya hazırlaşan vaxtı kitabxana otağının soyuqluğu,ailəsini düşünərək ruhunu isidirdi.O,öz bacarığı,istedadı,dözümlülüyü ilə məsul vəzifələrdə irəli çəkilmişdir.”Yeni kitab”mətbəəsinə direktor,sonra isə “Kommunist”nəşriyyatında baş direktor müavini vəzifəsində işləmişdir.

Şəddat Cəfərov 1985-ci ildə “Ulyanovskaya Pravda”nəşriyyatına baş direktor təyin edilən,uzaq Moskvada az vaxt ərzində poliqrafiyanın kamil mütəxəssisi kimi ad çıxarır,alim kimi İqtisad Universitetində idarəetmədən mühazirələr oxumuşdur.Ş.Cəfərov 1991-92-ci illərdə 3 saylı Bakı Kitab Mətbəəsində direktor,1992-93-cü ildə Azərbaycan nəşriyyatına direktor,1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini,daha sonra “Göytürk”mətbəəsinin direktoru,1998-ci ildə “Şans”nəşriyyat-poliqrafiya mərkəzinin direktor vəzifəsində çalışmış,2002-ci ildən etibarən Bakı Mətbəəsi A.S.C-nin direktor vəzifəsində işləyir.

Eyni zamanda Azərbaycan Respublikasının Veteranlar Təşkilatının nəzdindəki “Vətən”nəşriyyatının da direktorudur.

Ş.Cəfərov səmərəli fəaliyyəti ilə Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin və bürosunun üzvüdür.

1992-ci ildə “Azərbaycan”nəşriyyatına rəhbərlik edən Cəfərov o dövrdəki çətinliklərə və təzyiqlərə baxmayaraq,Heydər Əliyevin şəklini “Naxçıvan yaşayır,döyüşür”kitabının üz qabığında dərc olunmasına nail olmuşdur.Ş.Cəfərov poliqrafçı olmaqla yanaşı qələm adamıdır.1960-cı illərin sonundan başlayaraq müxtəlif mövzularda hekayələr yazıb dərc etdirir.Məqalə və hekayələrini Azərbaycan və rus dillərində yazdığından,Rusiya mətbuatında da müntəzəm çap olunur.Məqalələrinin əksəriyyəti adətən poliqrafiyamızın inkişafına aid olur.

Ş.Cəfərovun “Balanirzə yazandı”,”Mədəni adam”,”Qovaq ağacı”,”yaxşısı budur dözək”,”Həbib dayı və müdir bəy”,”Arayış”,”imtahan”,”Vəd” kimi hekayələri cəmiyyətdə baş verən reallıqları əks etdirir.Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov “Vətən” nəşriyyatının direktoru,”Əkinçi”mətbuat cəmiyyətinin vitse prezidenti,”Qızıl-Qələm”mükafatı laureatıdır.

Onun ömür yolu barədə müxtəlif kitablarda və ensiklopediyalarda da yazılar dərc olunmuşdur.

Yazıçı-publisist Ağəddin Mənsurzadənin “Atalar üçdən deyib”,Elşad Səfərlinin “Şəhərə tələsən qatar”kitabındakı poemalardan biri,Fatma xanım Həsənqızının “Acılı-şirinli günlər”ktabında Cəfərov şəxsi,insani,humanist,siyasi Vətənpərvərlik keyfiyyətləri göstərilmişdir.

öz bilik,bacarıq və təcrübəsini gənclərə həvəslə öyrətməklə yeni nəsil poliqrafçılar yetişdirən Şəddat müəllim hazırda 3 saylı Bakı Mətbəəsində uğurla fəaliyyət göstərir.

Aynurə İsmayılqızı

İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti

Digər xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloggers like this: