İNK sədrinin Hacıqabul, Şirvan və Salyan səfərləri

İctimai Nəzarət Koalisiyasınin bölgələrdə aktiv fəaliyyəti günügündən genişlənir.
İctimai Nəzarət Koalisiyasının sədri, SİMİB rəhbəri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmədov qızmar yay gunlərində də bölgələrə səfərlərini davam edir.
Şənbə gün Hacıqabul, Şirvan və Salyan şəhərlərində yaşayan, İNK üzvləri olan şəhidlər ailələrini ziyarət edən İNK sədri, tanınmış ictimai xadim Rasim Məmmədov və nümayəndə heyətinin üzvlərinin bu növbəti səfəri də həmişə olduğu kimi, çox məhsuldar, səmərəli kecirilib.
İNK Hacıqabul Şəhər şöbəsinin rəhbəri, şəhid Pərviz Balabəyovun anası Səbirə Balabəyovun evi ziyarət edilib.
Rasim Məmmədov şəhid anaları və şəhid ailələrinin uzvləri ilə görüşüb kədərlərini şərik olub, onlara dövlət qayğısı barədə danışmış, onların qarşılaşdıqları problemlərlə maraqlanıb.
Daha sonra Rasim Məmmədov İNK Şirvan Regional Nümayəndəliyinin qərargahında ictimaiyyətin fəalları, şəhid ailələrinin nümayəndələri ilə görüşüb söhbətləşib, onların istək və arzuları dinlənilib. Nümayəndəliyinin rəhbəri tanınmış pedaqoq Töhfə xanım Məmmədova da qoşulduğu şəhid ailələrindəki görüşlərdə çıxış edən İNK-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədov, sıralarında 115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasında son vaxtlar aparılan islahatlar haqqında məlumat verib, ictimai nəzarət fəlsəfəsi, onun həyata keçirilmə mexanizmləri, bu istiqamətdə qazilərin, şəhid ailələri üzvlərinin rolu haqqında fikir mübadilələri aparıb.
Bildirilib ki, son vaxtlar İctimai Nəzarət Kolaisiyasına, eləcvaxtlarə də DAMMİB və SİMİB-yə ölkəmizin müxtəlif bölgələrindən üzvlüklə bağlı çoxsaylı müraciətlərini nəzərə alan İNK rəhbərliyi qəbulla bağlı təşkilatdaxili ciddi reqlamentə uyğun olaraq, qərarlar qəbul edir.
İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları, Şəhid və Milli Qəhrəman Ailələri Komitəsinin sədrinin müavini, İNK Şirvan Şəhər Şöbəsinin sədri, şəhid Nicat Hüseynovun anası Zümrüd xanım Hüseynova bölgə numayəndəliyində aparılan yenilənmə və islahatlar haqqında məlumatları catdırıb.
Sədr, öz növbəsində, uzun hazırlıqdan sonra bu yaxınlarda qurduqları yeni mərkəz – İNK Audit və Akkreditasiya Mərkəzi haqqında məlumat verib. Vurğulanıb ki, Mərkəz ölkədə fəaliyyət göstərən QHT-lərdə və İNK-da gedən islahatların monitorinqini apararaq geniş ictimaiyyətə, eyni zamanda İNK ailəsinin üzvlərinə təqdim edir.
İNK-nin bolgə üzvləri prinsipial ictimai aktivist, tanınmış QHT lideri Rasim Məmmədovun rəhbərliyi altında 5 ildən çox genişprofilli fəaliyyətləri ilə ölkədə tanınan və nüfuz qazanan, böyük ictimai hərəkat kimi qəbul edilən İNK – SİMİB və DAMMİB-nin fəaliyyətini ardıcıl izlədiklərinə, aparılan yüksəksəviyyəli işləri dəyərləndirdiklərinə bildiriblər.
İNK sədri Rasim Məmmədov görüşlərə qatıldıqlarına və fəal iştirak etdiklərinə görə üzvlərə minnətdarlığını çatdırıb, İctimai Nəzarət Koalisiyası Ailəsinin nümunəvi üzvlərinə sayğısını bildirib.
***
Eyni zamanda bu gün İctimai Nəzarət Koalisiyasının sədri, SİMİB rəhbəri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmədov sayt rəhbəri Peyman Sadıqovun dünyasını dəyişmiş 33 yaşlı həyat yoldaşının yas mərasimində iştirak edib.

İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti

Digər xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloggers like this: