İctimai Nəzarət Koalisiyasının bölgələrə səfəri: Biləsuvarda səmimi qarşılanma və görüşlər

7 iyul 2021-ci il tarixində İctimai Nəzarət Koalisiyası nümayəndə heyətinin İNK-nın yay fəaliyyət proqramına uyğun olaraq Biləsuvar rayonuna növbəti səfəri baş tutub.
İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Biləsuvar şəhərinə növbəti səfəri də səmərəli görüşlər, geniş ictimaiyyətlə söhbətlər, rayon rəhbərliyinin qəbulu ilə zəngin olub.
I Qarabağ müharibəsi veteranı Süleyman Mahmudovun və onun oğlu, II Qarabağ Müharibəsinin qəhrəmanlarından olan, Xüsusi Təyinatlı qoşunların şəhid zabiti Babək Mahmudlunun ailələrinə baş çəkən nümayəndə heyəti ictimaiyyətin nümayəndələri, eləcə də Biləsuvar Regional Nümayəndəliyinin sədri Natəvan Əzizova, İNK Rayon Şöbəsinin rəhbəri, üzvləri müşahidə ediblər. İNK ailəsinin çoxminli üzvəri adından kədərlərini ifadə edən, həmrəy olduqlarını bildirən, mənən hər zaman onlarla birlikdə olduqlarını xüsusi vurğulayan İNK sədri Rasim Məmmədov və tədbir iştirakçıları qazi və şəhid ailələrinə ehtiramlarını göstəriblər.
Səfər çərçivəsində İNK nümayəndə heyəti və ictimaiyyət nümayəndələri şəhərin mərkəzindəki parkda ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül dəstələri qoymuş, şəkil çəkdirmişlər.
İNK Biləsuvar Regional Nümayəndəliyi və Şəhər Şöbəsinin fəaliyyəti ilə yaxından tanış olan Rasim Məmmədov öz tövsiyələrini və tapşırıqlarını rəhbərlikdə təmsil olunan ictimai fəallara çatdırmış, sadə biləsuvarlılarla söhbət etmişdir.
Daha sonra Biləsuvar Şəhər İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən qəbul edilən İNK nümayəndə heyəti və yerli qurumların nümayəndələri ilə işgüzar görüş keçirilmişdir. Görüşdə İNK və onun yerli qurumlarının fəaliyyəti xüsusi dəyərləndirilmiş, ölkə başçımızın ictimai nəzarətin genişləndirilməsi iklə bağlı tapşırıqları əsas götürərək ictimai fəallıq və faydalılıq nümayiş etdirən təşkilat rəhbərlərinə təşəkkürlər bildirilmişdir.
Sıralarında 115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasında son vaxtlar aparılan geniş islahatlar haqqında məlumatları icra başçısına çatdıran İNK sədri Rasim məmmədovbildirilib ki, son vaxtlar İctimai Nəzarət Kolaisiyasına, eləcə də DAMMİB və SİMİB-yə ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən Biləsuvar rayonundan üzvlüklə bağlı çoxsaylı müraciətləri olunur ki, onarın da əksəriyyəti müharibə iştirakçıları, veteranlar, qazilər, şəhid ailələrinin üzvləridir. Bu müraciətləri nəzərə alan İNK rəhbərliyi qəbulla bağlı təşkilatdaxili reqlamentə uyğun olaraq, müsbət qərarlar qəbul edir, İctimai Nəzarət Koalisiyası sıralarının dövlətçilik maraqlarına cavab verən aktiv şəxslərlə genişlənməsinə şərait yaradır.
Rasim Məmmədov təşkilatda aparılan yenilənmə və islahatlar haqqında danışaraq, bu yaxınlarda qurduqları İNK Audit və Akkreditasiya Mərkəzi haqqında bilgiləri çatdırıb. İNK sədri vurğulayıb ki, yeni Mərkəz İNK-da gedən QHT-lərdə, Vətəndaş Cəmiyyətində və təşkilatda gedən islahatların monitorinqini aparır, geniş ictimaiyyətə və İNK üzvlərinə təqdim edir.
Görüşdə 5 ildən artıq genişprofilli fəaliyyətləri ilə ölkədə tanınan və nüfuz qazanan, böyük ictimai hərəkat kimi qəbul edilən İNK – SİMİB və DAMMİB-nin fəaliyyətlərini ardıcıl izlədiklərini bildirən, aparılan faydalı işləri dəyərləndirdiklərini vurğulayan yerli ictimaiyyətin nümayəndələri ilə rayon rəhbər şəxslərin dialoqunun genişlənməsi, qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olundu.
Sonda Rayon İcra Başçısına İNK sədri Rasim Məmmədovun ictimai nəzarətə aid yeni kitabı hədiyyə edildi.
İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti

Digər xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloggers like this: